“Lotu Quli”nin adamına hökm oxundu

Moskvanın Zamoskboretsk rayon məhkəməsi  2 milyon rublu mənimsədiyinə görə saxlanılan “Afo” ləqəbli  azərbaycanlı “vor zakon” Fuad Rzayev barəsində hökm oxuyub.

Buta.media-nın xəbərinə görə, bu barədə “Qafqazinfo”-ya Rzayevin vəkili Müslim Camalutdinov məlumat verib. 

Onun sözlərinə görə, F. Rzayev haqqındakı ittihamları qəbul edib və o, 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Fuad Rzayev 14 fevral 2018-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Dolqoprudnıy şəhərində saxlanılıb. İstintaq zamanı onun hazırda Dubayda gizlənən “Lotu Quli”nin emissarı olaraq iş adamlarından hədə-qorxu ilə hər ay ümumilikdə 2 milyon rubl aldığı məlum olub. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ