Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu da Bakı Tikiş Evində izdihamın yaranmasına səbəb olub.
Həm ibtidai sinif, həm də yuxarı sinif şagirdlərinin valideynləri yeni forma almağa tələsirlər. Lakin bütün siniflər forma ilə təmin oluna bilməyəcək.
Valideynlərin çoxu istədikləri ölçüdə forma tapa bilmədiklərini qeyd edib.
Bakı Tikiş Evindən valideynlərin forma əldə edə bilməməsinə, yaşanan izdihama aydınlıq gətirilib.
Bildirilib ki, valideynlərin bütün ölçüləri tapması mümkün olmayacaq. Tikiş Evinin əsas vəzifəsi ibtidai sinif şagirdlərini forma ilə təmin etməkdir. Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev yeni məktəbli formalarının məcburi olmadığını bildirib.
Beləliklə, qarşıdan gələn tədris ilində ilkin mərhələdə ancaq ibtidai sinif şagirdləri yeni məktəbli formalarını əldə edə biləcəklər. Yuxarı sinif şagirdləri isə ancaq növbəti ildən etibarən yeni formada dərsə gedəcəklər.