Ən yüksək bal toplayan müəllimlər onlardır - Fotolar

Avqustun 30-da Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib.

İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak eib.

“Qafqazinfo” imtahanda ən yüksən nəticə - 60 bal toplamış müəllimlərdən bir neçəsini təqdim edir:

Qeyd edək ki, bu gün isə rus bölməsi üzrə ibtidai sinif müəllimlərinin imtahanı ilə sertifikasiyanın test mərhələsi yekunlaşacaq. Daha sonra müsahibə mərhələsi barədə namizədlərə məlumat veriləcək.

Həmçinin ilk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqı azaldılmayacaq. Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10 faiz, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ