2019-cu ilin yanvarında Rusiyada ölənlərin sayı yeni doğulanların sayından 1,4 dəfə çox olub.
Bu barədə Rusiyada sosial-iqtisadi vəziyyət xidmətinin hesabatında deyilir.
Sənədə əsasən, ölkənin 44 regionunda bu rəqəm 1,5-2,4 dəfəyə qədər artıb.
Rusiyanın təbii azalması 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2019-cu ilin yanvarında təxminən üç dəfə artıb (32,5%) və 44,3 min nəfər təşkil edib.
Ötən ilin yanvarında bu rəqəm 30,3 min nəfər təşkil edirdi.