Xankəndini etirazlar bürüyüb

Avqustun 30-da axşam saatlarında Xankəndində meydana toplaşan sakinlər separatçı rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər.

Bu barədə “Kavkazskiy uzel” saytı məlumat yayıb.

Nəşr xatırladır ki, avqustun 29-da Laçın dəhlizinin hazırda Azərbaycanın nəzarətində olmasından narazı olan separatçılar Arayik Arutyunyanla görüşdən sonra Xankəndində mitinqə toplaşıblar. 

Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ