Ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadəyə başladı - video

Ötən gündən etibarən Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar.

Sosial şəbəkədə yoldan istifadəyə dair görüntülər yayılıb.

Görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiklərini görmək mümkündür.

Xatırladaq ki, Ermənistan mediası daha əvvəl Laçın dəhlizinə alternativ olan yeni yolun avqustun 30-u axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacağı barədə məlumat yayıb.

Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ