Binəqədidə müftə mal üstündə qırğın düşdü - VİDEO

Bu gün Bakının Nəsimi, Binəqədi və Yasamal rayonlarında vətəndaşlara pulsuz tinglər paylanıb.

Buta.media AZXEBER.COM-a istinadən xəbər verir ki, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında baş tutan mərasimdə qalmaqallı anlar yaşanıb.

Belə ki, vətəndaşlar ting üstündə yarışıblar. Bəziləri daha çox ting götürmək üçün növbəni pozub, bu da digər sakinlərin narazılığına səbəb olub. 

Qeyd edək ki, aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr verilib. Lakin sakinlər nazirlik nümayəndəsini dinləməkdənsə, daha çox ting götürməyə meylli olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ