İsgəndər Həmidov Tural Abbaslını vurmaq istədi - Rəhim Qazıyev isə...+ Video

Azərbaycan Xalq Hərəkatının iclasında dava düşüb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, mübahisə öncə iclasa sədrlik edən Tural Abbaslı və İsgəndər Həmidov arasında başlayıb.

T.Abbaslının tərəfdarları da kənardan atmacalarla mübahisəyə müdaxilə ediblər. Rəhim Qazıyev çıxış edərkən isə yerdən etirazlar artıb, “səhv edib sizi müdafiə etmişik” deyən iclas iştirakçısına Qazıyevin “gədə” deməsi mübahisənin qızışmasına səbəb olub. R.Qazıyevin üstünə hücum etmək istəyən iclas iştirakçısını sakitləşdiriblər. Bu zaman isə keçmiş nazir Qazıyev söyüş söyüb.

Ardınca Tural Abbaslı İsgəndər Həmidovu “pozuculuq”da ittiham edib. Sabiq daxili işlər naziri ayağa qalxaraq Abbaslını vurmağa cəhd edib. Qazıyev isə iclası tərk edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ