Şarl Mişel Əliyev-Paşinyan görüşünə hazırlıqdan yazdı

Sabah - avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş keçiriləcək.

Görüş Brüsseldə baş tutacaq.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüş öncəsi öz “Twitter”ində paylaşım edib.

“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə sabah Brüsseldə keçiriləcək dördüncü görüşdən əvvəl bu gün hazırlıq zəngləri (telefon –red) olacaq”, - deyə Mişel yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ