Bakıda eks-deputatın çimərliyində biznesmen öldü

Bakıda restoranlardan birində ölüm hadisəsi baş verib.

Hadisə Bakının Səbail rayonu ərazisində yerləşən “Min bir gecə” restoranında qeydə alınıb. 

Orada istirahət edən, 1976-cı il təvəllüdlü Renat Səttarov qəfil vəfat edib.

Onun ürəyində yaranmış problem səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Vəfat edən şəxs uzun illər Rusiyada biznes fəaliyyəti ilə məşğul olub və 2 il əvvəl Bakıya köçüb.

Qeyd edək ki, “Min bir gecə” restoranı sabiq deputat Hüseynbala Mirələmova məxsusdur. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ