Səfir Bakıdakı bahalıqdan şikayətləndi - foto

Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, keçmiş Xarici İşlər naziri Vilayət Quliyev sosial şəbəkə hesabında Bakıdakı restornalarda qiymətlərin baha olmasından şikayətlənib

Səfir Polşanın paytaxtı Varşava şəhərinin mərkəzindəki restoranların qiyməti ilə Bakının mərkəzindəki qiymətləri müqayisə edib. 

V.Quliyevin sözlərinə görə, 10 manata Varşavada beş çeşidddə səhər yeməyindən birini seçmək olar, eyni pula Bakıda isə iki fincan çay təklif edirlər:

“Yüksək materiyanı bir tərəfə qoyaq. Həm də Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyinməlidirlər. Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ