ABŞ səfirliyi Azərbaycana cavab verdi

“Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur”.

Bu barədə səfirliyin sözçüsü “Amerikanın Səsi”nə ABŞ səfirliyinin Şuşaya getməməsi məsələsinə münasibət bildirərkən deyib: “Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”.

Xatırladaq ki, Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-10-u Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ və Fransa səfirləri olmayıb. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ