Laçına komendant təyin edildi

Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub.

Qeyd edək ki, Laçın Rayon Polis Şöbəsinin rəisi və yeni komendant Adil Əsədovdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ