Laçında Azərbaycan bayrağı qaldırılıb - video

Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bununla bağlı ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

“Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - məruzədə bildirilib.

Xatırladaq ki, daha əvvəl Prezident İlham Əliyev Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdiyini açıqlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ