Azərbaycan Ordusu Laçına yerləşdi - İlham Əliyev

“Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Buta.media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Twitter səhifəsində yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ