Nail Kəmərlinin avtomobilinə hücum oldu - video

Xeyli vaxtdır narkomaniya ilə bağlı videolar çəkən bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.

Bu barədə bloqer sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, gecə saatlarında yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilə naməlum şəxs və ya şəxslər hücum edib. Açar seçmə yolu ilə maşının qapısını açaraq oradan videoların çəkilişi üçün istifadə edilən “Canon” markalı fotoaparat oğurlanıb. Həmçinin avtomobilin maqnitafonu sındırılaraq yararsız hala salınıb.

N.Kəmərli əlavə edib ki, avtomobilə əlavə ziyan vurulmayıb. O, baş vermiş hadisənin narkomaniya ilə bağlı çəkdiyi videolarla əlaqədar olduğunu və onun fəaliyyətindən narahat olan qüvvələr tərəfindən törədildiyini bildirib.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə barədə polisə məlumat daxil olub və araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ