Rəşid Mahmudov çılpaq görüntüləri yayılan qızlar barədə: Bu da axırımız

"Yalanla sevdik, yalanla evləndik, filankəs qızın dədəsi yaxşı yerdə işləyir deyib evləndik. Yalanla cəmiyyət qurduq bu da axırımız. Bu halların baş verməməsi üçün cəmiyyətdə normal qınaq olmalıdır. Bunlar olmayandan sonra yalandan nə demək olar? Qınayırlarmı?" 

Buta.media-nın məlumatına görə, bunu Sonxeber.az-a tanınmış fizioloq, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov son zamanlar yayılan əxlaqsızlıq videolarının yayılma səbəbləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, ata-ana uşağına yiyə durmur: "Ata-ana öz uşağını çölə çılpaq göndərir. İlk növbədə onun ata-anasını ağıllandırmaq lazımdır. Görüm onu ağıllandıra bilərsənmi?". R. Mahmudov qeyd edib ki, yerli televiziya kanallarımızın çoxu Azərbaycan xalqının əleyhinə işləyir, özü də əxlaqsızlığa doğru aparırlar.

Həmsöhbətim cəmiyyətdə bu cür əxlaqsızlığın yayılmasının səbəblərindən biri kimi normal qidalanmanın olmadığını göstərib: "Normal qida verilməlidir. Kişilər və arvadlarda vitamin çatışmazlığı var.

Azərbaycan yaxşı günəşli ölkədir. D vitamini isə kərə yağından, yəni inək yağından əmələ gəlir. İnsanın özünü 20 dəqiqə günə vurmağı bəs edir. Bizim bədənimizə D vitamini çatdırır. İndi nə kişi də, nə də qadında D vitamini yoxdur. Mənim yanıma gələn xəstələrdən birinin iki fəqərəsinin ortası tamamilə çürümüşdü. Sümük yoxuydu. Təkcə qabıqları qalmışdı. Mən onu 2 aya düzəltdim".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ