Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 19-24, gündüz 32-36 dərəcə isti olacaq. Bakıda gecə 19-21, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-38 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ