Çılpaq videosu yayılan qızlardan biri danışdı: Cinsi əlaqədə olmamışıq

Qızların çılpaq videosunun yayılması ilə bağlı hadisənin təfərrüatları bəlli olub.

Nəsimi Rayon Polis İdarəsində Buta.media-ya daxil olan məlumata görə, hadisənin bütün iştirakçıları 3 qız və 2 kişi idarədə izahat veriblər.

Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracağını qeyd edib. Eyni zamanda, onlar Cahid və İsrafillə cinsi əlaqədə olmadıqlarını da əlavə ediblər. 

İzahatları alındıqdan sonra qızlar sərbəst buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ