Emin Əmrullayevdən məktəbli formalarının qiyməti ilə bağlı - açıqlama

“Biz məktəbli formasının rəngini, elementlərini müəyyən edirik, formasını tənzimləyirik. Əgər forma bahadırsa, bu, bazar münasibətləridir, istehlakçıların hüquqlarının müdafiəsi mövzusudur, elm və təhsil mövzusu deyil”.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, belə hallar varsa, yaxşı deyil. Nazir, həmçinin təsdiqlənmiş məktəbli formasında bəzi məktəb direktorlarının şalvarın üzərindən xətt çəkərək valideynlərə göndərməsi ilə bağlı yayılan məlumata da münasibət bildirib. O qeyd edib ki, belə konkret şikayətlər varsa, məktəbin nömrəsi, hansı direktor edibsə, bununla bağlı müraciət olunsun və araşdırılsın.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ