Avtobuslarda gediş haqqı artırılacaq? - Müraciətlər olunub

Çörəyin qiymətinin qalxması və bir çox məhsulların bahalaşmasından sonra ictimai nəqliyyatda da qiymət artımının olacağı haqda müxtəlif fikirlər səsləndirilir.

Maraqlıdır, Bakı Nəqliyyat Agentliyi və daşıyıcılar nə düşünür?

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, onlar tərəfindən Tarif Şurasına qiymətlərin arıtırlması üçün müraciətlər olmayıb.

“Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, bir neçə ay əvvəl Bakı şəhərində müntəzəm sarnişindaşıma fəaliyyəti göstərən bütün özəl daşıyıcı şirkətlər kollektiv şəkildə tariflərə yenidən baxılması və bu sektora dövlət dəstəyinin verilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib: “Lakin bununla bağlı müraciətimizə cavab verilməyib”.

N.Rzayev qeyd edir ki, “Xaliq Faiqoğlu” şirkəti avtobus parkını müasirləşdirir, xidmət keyfiyyətini daim yüksək saxlamağa çalışır və hər ili böyük məbləğdə ziyanla başa vurur: 

“Bununla bağlı hesabatlar aidiyyəti dövlət qurumlarına təqdim edilib”.

Maraqlıdır, adambaşına daşınma xərci əslində nə qədər olmalıdır ki, şirkət zərərlə işləməsin?

N.Rzayev deyir ki, bu rəqəm şirkətlər üzrə müxtəlifdir: “Yeni müasir avtobuslar alan, müasir istehsalat bazası quran şirkətin hər sərnişinbaşına düşən xərci ilə köhnə və yararsız avtobuslarla, heç bir standarta cavab verməyən formada fəaliyyət göstərən daşıyıcı şirkətin xərci eyni ola bilməz. Hazırda şirkətimizin hər sərnişinbaşına göstərdiyi xidmətin maya dəyəri 85 qəpiyə bərabərdir və bura amortizasiya xərcləri daxil deyil”.

Hazırda paytaxtda marşrutda gedişhaqqı orta hesabla 30 qəpikdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ