Azərbaycanda oğul atasını döyərək öldürdü

Atasını döyərək qətlə yetirməkdə şübhəli bilinən Cəlilabad rayonunun Göytəpə şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Buta.media-ya verilən məlumata görə, martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.

Reportun məlumatına görə, münaqişəyə səbəb samovar olub. O.Dadaşov atasına məxsus samovarı ondan alaraq istifadə edib. Daha sonra F.Dadaşov oğlundan samovarı qaytarmağı tələb edib. O.Dadaşov samovarı qaytarsa da, atası samovarın onun olmadığını bildirib. Nəticədə tərəflər arasında münaqişə yaranıb. Bu zaman O.Dadaşov bel ilə atasına zərbələr vurub və pilləkandan aşağı itələyərək onu öldürüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ