Azərbaycanda koronavirusa yoluxanların sayı 700-ü keçdi

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb. 

Ölkədə bu günədək ümumilikdə 806 472 nəfər koronavirusa yoluxub. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 427 nəfərdir.

Son gün ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ