Yanğın “Qalaaltı” hotelinə çatdı - Video

Bir neçə gündür Şabran rayonunda müşahidə olunan yanğın “Qalaaltı” hotelin yaxınlığına çatıb.

Bu barədə AzTV məlumat yayıb. 

Bildirilib ki, ötən gecə saatlarından etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. FHN-in şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır. 

“Qalaaltı” İstirahət Mərkəzinin Samir adlı əməmliyyatlar üzrə meneceri bildirib ki, əgər təhlükə yaranarsa, qonaqları təxliyə etmək üçün bütün planlar hazırdır. Hotel üçün azacıq da olsa təhlükə var. Bu təhlükənin qarşısını almaq üçün hotelin əməkdaşları da fəaliyyətə keçiblər.   

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ