Azərbaycanda daha 549 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 549 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda indiyədək ümumilikdə 805 762 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 765 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 220 nəfərdir.

Ölkədə son sutka ərzində 4372, hazırkı dövrədək isə 7 101 524 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ