İranın Azərbaycandakı səfiri israilli həmkarını qətllə hədələyib.
Corc Dik bu barədə öz Twitter səhifəsində danışıb.
Iran threatened me with death as well. My thoughts on how to respond to Salman Rushdie's stabbing. pic.twitter.com/SGcMBXgKr2
— George Deek (@GeorgeDeek) August 16, 2022
"İran səfiri tvitterdə yazıb ki, qırmızı xətti keçdim və İran xalqı tərəfindən dəfn olunacağam. Yazıçı Salman Rüşdinin Nyu-Yorkda bıçaqlandığını eşidəndə fikirlərimi təsəvvür edə bilərsiniz", - İsrailin Azərbaycandakı səfiri deyib. .
Dik xatırladıb ki, İran da o zaman britaniyalı yazıçının qırmızı xətti keçdiyini deyib.