Azərbaycanda son gündə koronavirusa 110 yeni yoluxma qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına bildirilir.
Məlumata görə, son sutkada dörd nəfər COVID-19-dan vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 805 213 nəfər koronavirusa yoluxub. Onlardan 792 230 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 206 nəfərdir.
Son gündə 2 002, hazırkı dövrədək isə 7 097 152 test aparılıb.