Sabah 42 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°isti, Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacaq.

Qeyd edək ki, son illərdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 2017-ci il avqustun 9-da 42.6 dərəcə qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ