İstirahət günü hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Buta.media-ya verilən məlumata görə, havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq.

Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ