Sülhməramlılar Qarabağda ağır qəza törətdilər: Dörd qadın öldü - foto

Avqustun 12-də Xankəndi-Əsgəran avtomobil yolunda baş verən qəza nəticəsində dörd nəfər ölüb.

Bu barədə News.am saytı məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı səhər saatlarında Rusiya sülhməramlı qüvvələrinin sürücüsü İ.Yanın (1992-ci il təvəllüdlü) idarə etdiyi “HAVAL H9” markalı avtomobil və Əsgəran rayon sakini E.Q.-nın (1996-cı il təvəllüdlü) idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

“VAZ-2107”nin sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun avtomobilində olan dörd qadın yerindəcə dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ