Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 563 yeni yoluxma qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Buta.media Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9 762 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.

Ölkədə son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ