Ermənistan Azərbaycanı hədələdi - Yeni ərazilərinizi işğal edəcəyik

Ermənistan müdafiə naziri David Tonoyan Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həllini şərh edərkən bildirib ki, “sülhə görə ərazi” formatını dəyişir.

“Mən müdafiə naziri kimi bəyan edirəm: “sülh əvəzinə ərazi" formatını dəyişdim. Biz tamam əksini edəcəyik “yeni ərazilərə görə yeni müharibə”, - nazir deyib.

“Heç bir güzəşt olmayacaq”, - Tonoyan bəyan edərək əlavə edib ki, Ermənistan hücum bölmələrinin sayını artıracaq.

“Biz bu səngər vəziyyətindən çıxacağıq. Biz hərbi əməliyyatları digər tərəfin ərazisində keçirmək üçün hücum bölmələrinin sayını artıracağıq”, - Tonoyan bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ