Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılıb.
Buta.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, avqustun 6-da İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən dörd nəfər itkin düşmüşdü.
Onlardan üç nəfəri - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun meyiti isə bu gün aşkarlanıb.