Bakıda narkoman valideynlər körpəyə işgəncə veriblər

Paytaxtın Nərimanov rayonunda yaşayan ailədə körpəyə işgəncə verilib.

Buta.media-nın xəbərinə görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə öz Facebook hesabında yazıb.

Onun sözlərinə əsasən, təxminən iki yaşlı uşağı gecə saatlarında Nərimanov Rayon Polis Şöbəsinin əməkdaşları sığınacağa gətiriblər.

“Bizdə olan məlumata görə, hər iki valideyn narkotik istifadəçisidir. Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edəcəyik ki, məsələni nəzarətə götürsün. Sosial Xidmətlər Agentliyi tərəfindən ailə qiymətləndirilsin. 

Uşağın əlində yaralar var. Ehtimal edirik ki, baxımsızlıq səbəbindən yaralar yaranıb. Bilmirik, bəlkə də uşağa nə isə ediblər. Çünki ilk dəfə deyil. Körpəni tibbi müayinədən keçirəcəyik. Onda hər şey tam dəqiq bilinəcək”, - deyə Kəmalə Ağazadə yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ