Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik - Azərbaycan XİN

“Azərbaycan Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri ilə dəstəkləyir”.

Buta.media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Twitter səhifəsində yerləşdirilən açıqlamada deyilir.

“Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqliyə əsaslanan strateji tərəfdaşlığa malikdir”, - XİN bildirib.

Xatırladaq ki, bu gün, avqustun 8-də, Rusiya-Gürcüstan müharibəsinin başlanmasının 14-cü ildönümündə Gürcüstanın baş naziri İrakli Qaribaşvili respublikanın ərazilərini sülh yolu ilə qaytarmaq niyyətindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ