Polis rəisi piyadanı avtomobillə vurub öldürdü

Şəmkir rayonunun Kür qəsəbəsinin bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ