Siyavuş Novruzov Naxçıvandan nümunə götürməyə çağırdı

Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etdirmir.

Buta.media xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında deyib.

O bildirib ki, qanun layihəsində insanların əmlakının sığortalanması məsələsi öz əksini tapmalıdır:

"Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etdirmir. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyirlər. Əgər hər hansı hadisə baş verərsə, sığorta şirkətləri məsuliyyəti öz üzərinə götürürlər".

Siyavuş Novruzov dövlət başçısının müşavirədə dediyi sözləri də xatırladıb: "Baxmayaraq ki, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ