Ermənistanla danışıqlar prosesinin formatı dəyişməz qalıb, danışıqlarda irəliləyiş var.
Buta.media-nın məlumatına görə, bu barədə TASS-a Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Əsas odur ki, danışıqların formatı dəyişməz qalır, danışıqlar illər əvvəl olduğu kimi Azərbaycan və Ermənistan arasında aparılır”, - dövlət başçısı deyib.
Prezident İlham Əliyev bildirib ki, danışıqlara yeni impuls verilib:
“Biz həmsədrlərin martın 9-da, danışıqlar prosesinin formatının yalnız hər iki tərəfin razılığı ilə dəyişdirilə bilməsi ilə bağlı bəyanatını müsbət qarşılayırıq”
İlham Əliyev bəyan edib ki, danışıqlar konstruktiv şəraitdə keçib.
“Danışıqları müsbət qiymətləndiririk. Bu Azərbaycan və Ermənistan rəhbərliyinin uzun müddətdən sonra ilk rəsmi görüşüdür. Bundan əvvəlki görüşlər tanışlıq xarakteri daşıyırdı. Bu görüş bir də onunla vacibdir ki, məsələnin mahiyyəti ilə bağlı yeni danışıqlar prosesinə start verib”, - deyə prezident yekunlaşıdırıb.