Azərbaycanda daha 452 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 452 yeni yoluxma qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Buta.media Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, koronavirusa yoluxmuş 5 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 3 098 nəfərdir.

Son sutka ərzində 3 750, hazırkı dövrədək ümumilikdə 7 066 158 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ