Goranboyda zəlzələ olub

Bu gün, avqustun 5-də, yerli vaxtla saat 21:01-də Mingəçevir stansiyasından 20 km cənub-qərbdə Goranboy rayonunda 3,2 maqnitudada zəlzələ baş verib.

Bu barədə Buta.media-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Yeraltı təkan hiss olunmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ