Bərdə rayonunda 30 yaşlı çoban itkin düşüb.
Buta.media "Report"-a istinadən xəbər verir ki , hadisə yanvarın 4-də rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.
Belə ki, Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Xalıq Zahid oğlu İsmayılov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Onun həyat yoldaşı Xumarə İsmayılova bildirib ki, 4 ildir ailə həyatı qurub. Ailənin bir azyaşlı oğlan övladı var. Sonuncu dəfə həyat yoldaşı ilə mübahisə edib. Bundan sonra X.İsmayılov evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.