Elin Süleymanov: Londonda səfirliyə hücum qəbuledilməzdir

“Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır”.

Bu sözləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Twitter-də yazıb.

“Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam”, - deyə o əlavə edib.

O qeyd edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər: 

“Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ