“Təbriz” kinoteatrının binası sökülür. Hazırda kinoteatrın binasının ətrafına dəmir dirəklər vurulub.
Buta.media-nın məlumatına görə, Musavat.com bildirir ki, binanın ətrafından qoruyucu sədd çəkiləcək.
Daha sonra isə binanın söküntüsünə, ətrafın abadlaşdırılmasına başlanılacaq.
Məlumat üçün qeyd edək ki, metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən “Təbriz” kinoteatrı, 1970-ci ildə “Sevinc” kinoteatrı adı ilə fəaliyyətə başlayıb. Sonradan isə onun adı “Təbriz” olaraq dəyişdirilib. Uzun müddət idi ki, kinoteatr fəaliyyət göstərmirdi. Binanın bir qismində çayxana, bir qismində isə bilyardxana vardı. Son illərdə isə bilyardxana da ləğv edilmişdi. Hazırda orada fəaliyyət göstərən çayxananın üzərinə köçürüləcəyi ilə bağlı elan vurulub. Çayxananı işlədənlər bildirdilər ki, bu binanın sökülməsi nəzərdə tutulub. Ona gö
“Təbriz” kinoteatrının binasının yerində nəyin inşa ediləcəyi hələ ki, açıqlanmır. Lakin məlum olan budur ki, ora kinoteatr kimi fəaliyyətini bərpa etməyəcək.