AZAL vətəndaşlara xəbərdarlıq etdi

“Azərbaycan Hava Yolları” QSC qurumun adından saxta məlumatların yayılması ilə bağlı vətəndaşlara müraciət edib. 

AZAL xəbər verir ki, həmin məlumatlar vətəndaşlara poçt vasitəsilə ötürülür: “Son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır. 

Bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür. AZAL vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırır. AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir.

Həmçinin xatırlatmalıyıq ki, son vaxtlar AZAL adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və s. haqqında müxtəlif təkliflər daxil olur. AZAL-ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur”.

Qurumun açıqlamasında qeyd olunub ki, “Azərbaycan Hava Yolları” QSC qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ