Azərbaycan məhkəmələrində Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovla bağlı xeyli işə, müxtəlif məhkəmə iddialarına baxılır.
Buta.media-nın “Report”a istinadən verdiyi məlumata görə, onu məhkəməyə verənlərdən biri də doğma qardaşı oğlu Eldəniz Axundovdur.
E.Axundov əmisi ilə torpaq mübahisəsinə görə, Xətai Rayon Məhkəməsinə müraciət edərək müvafiq müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırıb.
Məhkəmə iddianı qismən təmin edib.
Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, qalmaqallı iş adamının adı mətbuatda sonuncu dəfə bu gün hallanıb. Onun aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı haqsızlıq etdiyi bildirilir. Məsələdən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xəbər tutub və onun göstərişi ilə Sənan Axundovun ailəsinə yeni mənzil verilib.