Avropa İttifaqı Azərbaycan və Ermənistana müraciət edib

Avropa İttifaqı Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır. Bu barədə Aİ Xarici İşlər Xidmətinin yaydığı bəyanatda deyilir.

“Avropa İttifaqı Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər ərazilərində gedən hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Təəssüf ki, bu toqquşmalar artıq insan tələfatı və xəsarətlərlə nəticələnib”, - deyə məluamtda bildirilir.

Sənəddə vurğulanır ki, “deeskalasiyaya nail olmaq, atəşkəsə riayət etmək və razılaşdırılmış həll yollarını tapmaq üçün danışıqlar masasına qayıtmaq lazımdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ