Laçında şəhid olan Anar 4 ayın əsgəri olub

Bu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır.

Oxu.az-ın məlumatına görə, A.Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub.

O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil. 

“Unikal” xəbər verir ki, Anar Kazımovun özündən başqa bir bacısı və bir qardaşı var.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ