İran prezidentinin və ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytlarının ingilis dilində olan versiyalarında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın İİR-də yeni səfiri kimi təqdim edilib.
Qeyd edək ki, Elmar Məmmədyarov dünən, martın 9-da, Tehrana səfər edib və İran rəhbərliyi tərəfindən qəbul olunub.
Belə ki, İran prezidentinin saytının ingilis dilli versiyasında yerləşdirilmiş rəsmi məlumatda bildirilib ki, prezident "Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib”.