Avqustun 2-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.