Azərbaycan distant iş üçün ən yaxşı ölkələrin siyahısında - REYTİNQ

Azərbaycan distant iş üçün ən yaxşı ölkələr sırasındadır. NordLayer tərəfindən hazırlanan siyahıya 66 ölkə daxilib. Reytinq tərtib edilərkən təhlükəsizlik, internet keyfiyyəti, turist cəlbediciliyi, yaşayış minimumu, ingilis dili biliyi göstəriciləri nəzərə alınıb.

Buta.media-nın xəbərinə görə, Azərbaycan 0,532 indekslə reytinqdə 59-cu yerdə qərarlaşıb. 

Siyahıya 0,824 balla Almaniya başçılıq edir. Ölkədə qiymətlərin baha olmasına və internetin keyfiyyəti elə də yaxşı olmamasına baxmayaraq, ingilis dilini yüksək səviyyəsi, təhsil və səhiyyəyə investisiyalar və turistlərin qiymətləndirmələrinə görə Almaniya birinci olub.

İkinci yer - 0,816 indekslə Danimarka. Burada internetin keyfiyyəti, elektron infrastruktur və qlobal səhiyyə xidməti ən yüksək səviyyədədir.

Üçüncü yerdə isə iqtisadi və sosial şəraitə, rəqəmsal və fiziki infrastruktura görə ümumi indeksi 0,809 olan ABŞ qərarlaşıb. 

İlk onluqda həmçinin İspaniya, Litva, Hollandiya, İsveç, Estoniya, Sinqapur və Fransa da daxildir. Türkiyə reytinqdə 46-cı yerdədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ